"Heç bir efirlə prinsipim, qadağam yoxdur. Səhər efirlərinə getmirik. Yuxudan dura bilmirik".
Bu sözləri meyxanaçı Ələkbər Yasamallı "Hər şey daxil" verilişində deyib. Sənətçi efirlərə az getməsinin səbəbini açıqlayıb. O, kanalların sənət adamlarına qoyduğu qadağalardan bəhs edib:
"Kimsə dəvət edəndə gedə bilirik, problemimiz yoxdur. Amma bəzən səhər efir deyirlər, biz axşam gələ bilirik. Çünki biz meyxanaçılar yuxudan oyanmaqda çətinlik çəkirik. Getməyəndə də deyirlər, sizi qara siyahıya salacaqlar. O da adama toxunur. Qara siyahıya baxır kimi salmaq olar, məni yox.
Neçə dəfə olub. Amma sonradan öyrənirik ki, bu hədəni aşağı yerlərdə çalışanlar gəlir. Rəhbərliyin heç bundan xəbəri olmur"./axşam
7News.Az








