7NEWS.az xəbər verir ki, hücum ötən gün Əfqanıstanın paytaxtı Kabilin Şəhr-e Nəv rayonunda əsasən əcnəbi vətəndaşların qaldığı oteldə baş verib. Hücumdan sonra terror təşkilatı İŞİD sosial media hesablarından Kabilin Şəhr-e Nəv bölgəsində Çin otelinə edilən hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb. Kabil Təcili Xəstəxanasından dünən edilən yazılı şərhdə, hücümdə sonra 18 yaralını qəbul etdikləri, 3 yaralının isə yolda öldüyü bildirilib. Təxminən 3 saat davam edən hücumdan sonra 3 hücumçu zərərsizləşdirilib.
7NEWS.az








