“Vremya i Steklo”-nun seçimi Əhməd oldu. Əhməd martın 6-sı Urkaynanın məhşur qrupu ilə hətta konsert də verəcək və ön səhnəni paylaşacaq.
Bu haqda 7News.Az-a Əhmədin meneceri və prodüsseri Tural Nəbiyev açıqlama verib: “Bu Əhmədin 2016-cı ildə ölkədən kənar sayca 2-ci işidir. Öncə Özbəklistanın məhşur ulduzu Madina Mumtozla duetini etdik indi isə fərqlilik olsun deyə Ukraynanın məhşur qrupu “Vremya i Steklo” ilə iş qurduq. Çıxış edəcəyimiz səhnə digər konsert salonlardan heç də geri qalmır. Əhməd 2500-3000 nəfərin qarçısında çıxış edəcək. Konsertə 5 günümüz qalıb”.








