RU
Çəkilişdəki əlbəyaxa dava - Məhkəmə ilə nəticələndi
17:10
535

Çəkilişdəki əlbəyaxa dava - Məhkəmə ilə nəticələndi

"Hangimiz sevmedik” serialının çəkiliş meydançasında baş verən əlbəyaxa dava məhkəmə ilə nəticələnib.

7News.Az xəbər verir ki, ekran işinin baş qəhrəmanları Selen Soyder və Can Yaman arasında yaşanan gərginlik səngimək bilmir.

Dava zamanı bir-birilərini təhqir edən və stəkan atan məşhurlar barışmaq niyyətində deyillər. 

Aktrisanın əməkdaşlıq etdiyi agentlik mövzu ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Can Yaman kulisdə kobud rəftar edib:

"Bütün komanda hadisənin şahidi olub. Onun kobud addımları bu dəfə Selen Soyderə tuş gəldi. Bu vəziyyət qəbul olunmazdır. Yaman məhkəməyə verilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ