RU
Əlcəzairdə 49 nəfərə edam cəzası verilib
20:24
24

Əlcəzairdə 49 nəfərə edam cəzası verilib

Əlcəzairdə ötən il Camal ibn İsmayılın yandırılması ilə bağlı cinayət işi üzrə 102 müttəhimdən 49-u ölüm cəzasına məhkum edilib.

7NEWS.az xəbər verir ki, Əlcəzairdə Dar əl-Beyzə Məhkəməsinin nümayəndə heyəti Camal ibn İsmayılın ölümündə əli olan 102 nəfərin məhkəməsindən sonra mətbuat konfransı keçirib. Məhkəmə kollegiyası 49 müttəhimin qəsdən adam öldürmə, yandırma, işgəncə və milli birliyi təhdid edən, vətənə, mülkə və insan təhlükəsizliyinə yönəlmiş terror aktlarında təqsirli bilindiyini bildirib. Eyni işdə 17 nəfərə bəraət hökmü çıxarılıb, qalan təqsirləndirilən şəxslərə isə 5 ildən 10 ilədək həbs cəzası verilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ