RU
“Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı
19:37
1846

“Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı"na həsr olunan təlim keçiriləcək

“Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı" layihəsi çərçivəsində QHT nümayəndələrini "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT  bacarıqlarının inkişafı" mövzusunda təlimlərə dəvət edir.

 Təlim mövzuları:

•          QHT-lərin birbaşa qht.az saytına xəbər daxil etməsi; 

•          Təşkilatlar üçün ödənişsiz saytların yaradılması;

•          Saytların idarə olunması - təşkilat haqqında informasiyaların,  xəbərlərin, fotoalbomların, videoların, layihə haqqında məlumatların və digər zəruri informasiyaların daxil edilməsi;

•          QHT liderlərinin informasiya bankında ödənişsiz qeydiyyat və bloq səhifələrinin yaradılması;

•          QHT liderlərinin bloq səhifələrinin idarə olunması - xəbərlərin, yazıların, müsahibələrin,  fotoalbomların, videoların və digər zəruri informasiyaların daxil edilməsi;

•          Sosial şəbəkə materiallarının sayta daxil edilməsi;

•          və s.

Treninqlərdə iştirak edən QHT-lərə  veb saytların yaradılması və idarə edilməsi ilə bağlı mütəmadi dəstək göstəriləcək. 

Bakıda fəaliyyət göstərən QHT-lər üçün avqust ayında 2-ci təlimin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, sentyabr və oktyabr aylarında region QHT-ləri üçün Quba, Mingəçevir, Şirvan və Gəncədə təlimlərin keçirilməsi planlaşdırılır.

Treninqlərdə iştirak etmək istəyən QHT nümayəndələrinin aşağıdakı ünvanda qeydiyyatdan  keçmələri və yaxud əlaqə  saxlamağı xahiş olunur:

1. Online  qeydiyyat ünvanı: https://goo.gl/forms/Cwu4etlZmAXy8zYI3

2. Əlaqə vasitələri:

Cəsarət Hüseynzadə

e-mail: [email protected], [email protected]

Facebook ünvanı:  https://www.facebook.com/qht.az/ 

Mob.: 055 325 1838

 Qeyd edək ki, layihənin yekununda QHT.az vətəndaş cəmiyyəti şəbəkəsinin fəal üzvləri olan QHT-lər mükafatlandırılacaqlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ