Bu gün Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası baş tutub.
7News.az xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında 6 sənəd imzalanıb.
İmzalanma mərasimindən sonra Türkiyə və Azərbaycan prezidentləri görüşərək bir-birilərini təbrik ediblər. İki ölkə liderinin səmimi görüşü diqqətdən yayınmayıb. İndiki məqamda belə səmimi görüş Azərbaycanın Türkiyəyə böyük mənəvi dəstəyinin ifadəsi hesab olunur.








