RU
Elza mükafat mərasimində elə hərəkət etdi ki ... - VİDEO
11:40
838

Elza mükafat mərasimində elə hərəkət etdi ki ... - VİDEO

Ötən gün baş tutan "Number one" mükafatlandırma gecəsində daha bir maraqlı hadisə baş verib. Əməkdar artist Elza Seyidcahan öz hərəkəti ilə yenə hər kəsi təəccübləndirib.

7News.az xəbər verir ki, sənətçi ondan əvvəl səhnəyə sərxoş halda çıxan model Rüstəm Cəbrayılovun çıxışına özünəməxsus formada etirazını bildirib.

E.Seyidcahan mikrofonu tərsinə çevirib və bunları deyib:

"Bilirsiniz bunu niyə belə tutdum? Bəziləri burda özlərini belə göstərdilər. Burada hər bir sahədən olan insan var idi. Əgər kimlərsə getdisə, demək, bir səbəb var idi. İndi də heç də az adam qalmayıb. Elə adamlar var ki, çox dəyərlidirlər".

Daha sonra təşəkkürünü bildirən bəstəkar qeyd edib:

"İnsanın əməyini qiymətləndirəndə, o, daha həvəsli olur. Öncə dövlətimizə təşəkkürümü bildirirəm. Daha sonra əziyyəti keçən hər kəsə". //big.az
 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ