Faşizm üzərində qələbənin 72-ci ildönümü postsovet ölkələrində xüsusi təmtəraqla qeyd edildiyi kimi, ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunur.
Bununla bağlı bir çox tanınmış insanlar, şou biznes nümayəndələri də müəyyən fikirlər səsləndiriblər.
7News.az xəbər verir ki, əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan da Böyük Vətən Müharibəsində iştirak etmiş babasından danışıb:
"Mənim Şərafəddin babam da müharibədə iştirak edib, Allah rəhmət eləsin. Bu gün onun bayramıdır. 1941-45-ci illər Böyük Vətən müharibəsində Berlinə qədər vuruşub. 2 qardaşı Məmmədov Sabala Yusif oğlu və Məmmədov Ağaməhəmməd Yusif oğlu isə itkin düşüblər. Ömrünün son günlərinə qədər babam qardaşlarının adını çəkəndə ağlayırdı. Bütün qəhrəman şəhidlərimizin ruhları şad olsun!”.//cebhe.info

7News.az








