Əməkdar artist Baloğlan Əşrəfov "5/5"də qonaq olub.
7News.Az xəbər verir ki, aparıcı Zaur Kamal müğənniyə "2018-ci il sizin üçün düşərli oldu?" sualı ilə müraciət edib.

Əməkdar artist ilginc açıqlaması ilə hər kəsi təəccübləndirib:
"Mənim üçün hər şey qaydasında getdi. Həyatımda bir ilim narazılıq olub, o, 2007-ci il idi.
Mən anadan olmuşam oktyabrın 8-də, bir neçə 8-lər oldu həyatımda, telefon nömrələrim hamısı 8-lə qurtarırdı, elə 8-də də komaya düşdüm, martın 8-də. Allahın qismətidir".
7News.Az








