RU
Emmi mükafatlı aktrisa Kirsti Alley vəfat edib
13:48
97

Emmi mükafatlı aktrisa Kirsti Alley vəfat edib


"Look Who's Talking" serialı ilə yadda qalan Emmi mükafatlı aktrisa Kirsti Alley 71 yaşında dünyasını dəyişib.

7NEWS.az xəbər verir ki, 1990-cı illərin məşhur komediya serialı "Look Who's Talking"in ulduzu və 11 mövsümdür "Chers"də Rebecca Howe obrazını canlandıran Kirsti Alley 71 yaşında vəfat edib. Alley qısa müddət əvvəl diaqnozu qoyulan xərçəng xəstəliyindən müalicə aldığı Moffitt Xərçəng Mərkəzində dünyasını dəyişib.

1991-ci ildə aktrisa "Cheers” serialındakı roluna görə həm Emmi, həm də Qızıl Qlobus qazandı və 1997-2000-ci illərdə NBC sitcom Veronica's Closet filmində rol aldı və Qızıl Qlobus və Emmi mükafatlarına namizəd oldu.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ