Engin Akyürek və Fahriye Evcenin serialında dəyişiklik
Engin Akyürek, Fahriye Evcen və Sarp Levendoğlunun baş rollarda çəkiləcəyi serialın adı dəyişdirilib.
7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ilk adı "Esaretin bedeli" olan serial daha sonra "Müebbet" adlandırılmışdı. Lakin serialı çəkən şirkət sonuncu dəfə daha bir dəyişiklik edərək layihənin adını "Ölene Kadar" edib.
Artıq çəkilişləri başlayan serialda Gülcan Arslan, Tansu Biçer və Raqıp Savaş kimi adlar da yer alıb. F.Evcen serialda qardaşları mafiya işlərinə qarışmış bir vəkili canlandırır. E.Akyürek həkim olmaq istəyən, lakin həbsxanaya düşən bir gənci, S.Levendoğlu isə serialın "pis adam"ı Öməri canlandıracaq.