"Ərimin əmisi oğlu dedi ki, bir kəlmə razılıq ver..." - Canlı efirdə ŞOK ETİRAF

Azərbaycanda vərəm xəstəliyindən əziyyət çəkən iki uşaq atası ruhi xəstə kimi axtarışa verilib.

7News.Az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarılan və 1 il öncə Vərəm Əleyhinə Dispanserdən qaçan Aydın İmanovla bağlı bəzi təfərrüatlar bəlli olub.

Belə ki, verilişə müraciət edən Aidə İmanova həyat yoldaşı Aydın İmanovun bir il öncə 7 saylı vərəm dispanserindən yoxa çıxdığını bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı itkin düşməzdən bir gün öncə palata yoldaşının telefonu ilə ailəsiylə əlaqə saxlayıb: "Mənə yığanda dedi ki, harda olduğumu bilmirəm. Sonra biz dispanserə getdik, həmin nömrəylə əlaqə saxladıq. Nömrənin sahibi bildirdi ki, mən xəstəxanada deyiləm. Bu məsələdə həyat yoldaşımın əmisi oğlu Əliheybət İmanovdan şübhələnirəm".

A.İmanovanın səsləndirdiyi fikirlərdən sonra Ə.İmanov canlı efirə qoşulub. O, Aydın İmanovun itkin düşməmişdən iki il öncə öz qayınatasının bıçaqladığını açıqlayıb:

"Aidə getsin Aydının yerini öz atasından soruşsun. Mən heç nə bilmirəm. Mən Aydına həmişə kömək etmişəm, hətta onun uşağının Gürcüstana aparıb müalicə etdirmişəm".

A.İmanova isə öz növbəsində Əliheybət İmanovu ittiham edib:

"Mənə dedi ki, bir kəlmə razılıq ver, Aydını həbs etdirim. Amma mən razılaşmadım. Əliheybət Aydını tez -tez döyürdü".

Aparıcı Aydın İmanovun həyatda olduğun inanmadığını bildirib.


 

7News.Az

Xəbər lenti