Anormal ailə heç kimə lazım deyil.
Bunu "5/5"də həyat yoldaşından ayrılandan sonra efirlərdə tez-tez görünməyə başlayan Afət Fərmanqızı deyib.
Müğənni daha ərə getmək fikrinin olmadığını da qeyd edib:
"Mənim daha ərə getmək yaşım deyil. Oğlumu evləndirəcəm, nəvələrim olacaq.
Əvvəllər həyat yoldaşım efirə çıxmağa icazə vermirdi. Xınayaxdılara gedirdim, oradan toylara dəvət alsam da icazə vermirdi. Şəxsi məsələləri istəmirəm açım. Normal ailə sənətdən öncədir. Anormal ailə heç kimə lazım deyil. O, mənə ev almayıb. 6 evim varsa da, hamısına görə mən xalqımıza bocluyam. Münasibətdə yalan varsa, o alınmır".
Qeyd edək ki, Afətin keçmiş həyat yoldaşından bir oğlan övladı var.

7News.Az








