RU
Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı
17:48
1132

Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı

2016-cı il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı  Qüvvələrini  təxribatı  nəticəsində Azərbaycan  Respublikasının  işğal  olunmuş  Dağlıq  Qarabağ  regionunda  vəziyyət  yenidən gərginləşmişdir. Ermənistan  Respublikasının  Silahlı  Qüvvələri ilə  təmas  xəttində  yerləşən Azərbaycan kəndləri qarşı tərəfin artilleriya və digər ağır döyüş silahlarından aramsız atəşə tutulmuş və nəticədə 16 yaşlı yeniyetmə də daxil olmaqla 4 mülki şəxs həlak olmuş, 18 mülki şəxs, o cümlədən 13 və 16 yaşlarında iki yeniyetmə yaralanmış, 164 şəxsin əmlakına ziyan vurulmuşdur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri mülki şəxslərin təhlükəsizliyinin təmini və müdafiəsi məqsədilə cavab atəşi açmağa məcbur olmuşdur. Aprelin 3-də Azərbaycan birtərəfli qaydada atəşi dayandırmaq barədə bəyanat versə də, qarşı tərəf atışmaları dayandırmamış və nəticədə cəbhə xəttində döyüşlər aprelin 5-dək davam etmiş, mülki şəxslər və hərbi heyət arasında itkilər artmışdır.

Nəzərinizə xüsusilə çatdırmaq istərdik ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi döyüşlərdə həlak olmuş əsgər və zabitlərinin siyahısı göstərir ki, onların böyük əksəriyyəti Ermənistan vətəndaşı və Ermənistan silahlı qüvvələrinin hərbiçiləri olmuşlar. Bu isə,  Ermənistanın BMT Baş Assambleyasının 1974-cü il tarixli “Təcavüzün anlayışı haqqında” 3314 saylı qətnaməsinə əsasən Azərbaycana qarşı təcavüz etdiyini bir daha sübut edir.

Qeyd etmək vacibdir ki, Ermənistan tərəfi nizami ordu ilə yanaşı, hərbi əməliyyatlara 1990-cı illərdə oldugu kimi könüllülər adı altında terror şəbəkəsini də cəlb etmişdir. Belə ki,məlumatlara əsasən 2016-cı il aprel ayında Azərbaycan Dağlıq Qarabağ regionunda erməni könüllüləri adı altında Suriyada vuruşmuş PKK, PYD teror təşkilatlarının üzvü olan 400-ə yaxın erməni, o cümlədən ASALA erməni teror təşkilatının liderlərindən biri, 1981-ci ildə Parisdə törədilən  terror aktlarının müəlliflərindən olan Vazgen Sislyan da vuruşmuşdur.

Diqqətinizə xüsusilə çatdırmaq istərdik ki, döyüşlər gedişində Ermənistan Silahlı Qüvvələrinin əlinə keçmiş və sonradan Azərbaycana təhvil verilmiş Azərbaycan Silahlı Qüvvələrinin zabit və əsgərlərinin cəsədləri üzərində işgəncə, insan ləyaqətini alçaldan rəftar və təhqir əlamətləri aşkar edilmişdir. Bununla, Ermənistan Respublikası “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəalarını kobudcasına pozmuş, ümumbəşəri  dəyərləri bir daha riyakarcasına tapdalamışdır.

Sizin humanizm və insanpərvərlik hisslərinizə müraciət edərək, Ermənistan tərəfinin 1988-ci ildən etibarən bu günədək davam etdirdiyi təcavüzkar siyasətini pisləməyə, törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistana qarşı sanksiyaların tədbiq edilməsinə çağırırıq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ