RU
Europoldan 2,2 milyard avroluq əməliyyat: 24 nəfər saxlanıldı
14:23
186

Europoldan 2,2 milyard avroluq əməliyyat: 24 nəfər saxlanıldı


7NEWS.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Polis Təşkilatının (Europol) koordinasiyası ilə Avropa Baş Prokurorluğu (EPPO) tərəfindən 14 ölkədə eyni vaxtda həyata keçirilən əməliyyatlarda təxminən 2,2 milyard avro dəyərində vergidən yayınan 24 nəfərin saxlanıldığı bildirilib.

Europoldan verilən yazılı açıqlamada, Portuqaliya mənşəli bir şirkətə və onunla əlaqəli Avropada bir çox şirkətə qarşı həyata keçirilən əməliyyatın bu günə qədər ən əhatəli vergidən yayınma əməliyyatı olduğu bildirilib.

Qeyd edilib ki, 2021-ci ilin aprel ayında Portuqaliyada yerləşən bir elektronika şirkətinin fəaliyyətini yoxlayan təhlükəsizlik bölmələri sözügedən şirkətlə əlaqəli 30 ölkədə 9 min şirkət və 600 nəfərin kommersiya fəaliyyətini araşdırıb.
EPPO-nun noyabrın 29-da 14 Aİ ölkəsindəki təhlükəsizlik bölmələrinə rəhbərlik etməklə başladığı və eyni vaxtda əməliyyatların Portuqaliyadakı şirkətlərə və vergidən yayınan, planşet, telefon, kompüter kimi elektron cihazları satan şirkətlərə qarşı yönəldiyi ifadə edildi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ