RU
“Eurovision-2017” mahnı müsabiqəsinin tarixi bəlli olub
09:36
582

“Eurovision-2017” mahnı müsabiqəsinin tarixi bəlli olub

"Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.

Bu barədə müsabiqənin təşkilatçısı olan "UA:Birinci” Ukrayna milli telekanalının mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, "Eurovision-2016” müsabiqəsinin qalibi "1944” mahnısı ilə ukraynalı müğənni Camala olub. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ