"Evlilik ruhi xəstələrin işidir" deyib rəqqaslarla sarmaş-dolaş oldu - Fotolar

Ötən həftə həyat yoldaşı Xloe Lounqhandan boşanan müğənni Sərdar Ortaçın Antalyada verdiyi konsert səs-küyə səbəb olub.

7News.Az Türkiyə mediasına istinadən bildirir ki, müğənni subay vaxtlarında olduğu kimi yenə səhnədə rəqqasları ilə sarmaş-dolaş olub.

S.Ortaçın evliliklə bağlı açıqlamaları da diqqət çəkib. Yeni ailə qurduğu vaxtlarda səhnədən hamını evlənməyə səsləyən müğənni bu dəfə "Evlilik ruhi xəstələrin işidir. Yəni normal insan evlənə bilməz", deyərək dinləyicilərini təəccübləndirib.

Qeyd edək ki, müğəni daha öncəki illərdə həyat yoldaşının ona səhnədə rəqqaslarla səmimi olmağı qadağan etdiyini açıqlamışdı.

 

Xəbər lenti