7NEWS.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib:
Hörmətli həmkarlar
Əziz dostlar
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan
SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin e-vətəndaş
proqramını mayın 14-dən etibarən istifadəyə verib. Bu proqram vasitəsilə ölkə vətəndaşları
Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsinə təqdim olunan layihələrin qiymətləndirilməsində
iştirak edirlər. İstifadəyə verilməsindən bir gün keçməsinə baxmayaraq e-vətəndaş
proqramına böyük ictimai maraq müşahidə olunmaqdadır. Belə ki, ötən gün ərzində
yüzlərlə vətəndaş proqram vasitəsilə QHT layihələrinin maliyyələşməsilə bağlı
yüzlərlə rəyini bildirib. Daxil olan rəylər Şura Katibliyi tərəfindən
araşdırılır və qeydə alınır.
Proqramdan istifadə qaydalarına dair Şuranın hazırladığı video təqdimat
paytaxtda və regionlarda geniş ictimaiyyətə təqdim olunub. Eyni zamandaİctimai
televiziyanın efirində nümayiş etdirilir.Şuranın sosial şəbəkə səhifələrində
yerləşdirilib. Bütün bunlara baxmayaraq ilk dəfə tətbiq olunduğundan proqramın
istifadəçilərinin müəyyən texniki səhvlərə yol vermə hallarını da müşahidə
edirik.
İlk növbədə qeyd etmək istəyirəm ki, bəzi istifadəçilər proqrama daxil olmaq məqsədilə
qeydiyyatdan keçmək üçün tələb olunan məlumatları tam doldurmurlar.
Digər bir problem QHT layihələrinə verilən rəylərlə bağlıdır. Belə ki, bəzi
istifadəçilərin yazıqları rəylər əsaslandırılmayıb və layihə ilə heç bir əlaqəsi
yoxdur.
Narahatçılıq yaradan əsas yanlışlıq isə bəzi rəylərdə layihəni təqdim edən
QHT-nin adının göstərilməsidir. Şura bu məsələdə kofedensiallığı daim qoruyur.
Layihələrin qiymətləndirilməsinə cəlb olunan ekspertlər həmin layihələrin hansı
təşkilata aid olduğunu bilmirlər. Eyni yanaşma layihələrin vətəndaşlar tərəfindən
qiymətləndirilməsinə də tətbiq olunur və hesab edirik ki, bu obyektivliyi təmin
edən ən vacib amillərdən biridir. Bu baxımdan vətəndaş rəylərində layihənin aid
olduğu QHT-nin adının göstərilməsi bəzi QHT-lərin məqsədyönlü şəkildə apardığı
kampaniya təsəvvürü yaradır.
Nəzərinizə çatdırıram ki, bu cür rəylər qeydə alınmayacaq və Şura Katibliyi
qeyd olunan hər üç halla bağlı vəziyyəti nəzarətdə saxlayır.
Bir layihəyə verilən 60 səs 20 balla qiymətləndirilir (3 səs 1 bal hesab
edilir) ki, bu da vətəndaşların layihənin maliyyələşdirilməsini Şuraya tövsiyə
etməsi deməkdir. Bununla yanaşı bildirirəm ki, Şura ən çox bal toplayan layihələrə
xüsusi diqqət yetirəcək.
Bir daha bütün vətəndaşları layihələrin maliyyələşdirilməsi üçün qiymətləndirmə
prosesində fəal iştiraka dəvət edir və layihələri dəyərləndirərəkən "səsvermə
qaydaları və məxfilik” təlimatı ilə yaxından tanış olmağınızı və ona əməl etməyinizi
xahiş edirəm.








