Boşanma və ikinci dəfə ailə qurma xəbərləri ilə gündəmdən düşməyən aktyor Fərda Xudaverdiyev ayrıldığı həyat yoldaşına sosial şəbəkə üzərindən söz atıb.
Şəxsi həyatında baş verənlərə səssiz qalmağa üstünlük verən aktyor ənənəsini pozub. Kino ulduzu instaqramda gülməli video paylaşaraq onun üzərindən xanımına mesaj ötürüb:
"İtlər necə hürürdü, brat? Mırrrr, hav-hav…. Karvan çox bərk keçdi, görmədiniz?”
Məlumat üçün bildirək ki, F.Xudaverdiyevin ilk xanımı Günel dünən instaqramda boşanma səbəbləri barədə geniş açıqlama vermişdi. O, Fərdanın hazırkı həyat yoldaşını ailəsini dağıtmaqda və evli kişidən uşaq dünyaya gətirməkdə günahlandırmışdı.
7News.Az









