Xəbər verdiyimiz kimi, tanınmış vəkil Fərhad Mehdiyevin ailəsində ağır faciə baş verib.
Məlumata görə, hüquqşünasın 17 yaşlı qızı Zəhra motosikletlə hərəkətdə olarkən "Mercedes" markalı avtomobillə toqquşub. Bakı-Sumqayıt magistralında qeydə alınan ağır yol-nəqliyyat hadisəsi nəticəsində yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Qəzanın baş verdiyi ərazidən çəkilmiş görüntüləri təqdim edirik:
____________
Vəkillər Kollegiyasının üzvü Fərhad Mehdiyevə ağır itki üz verib.
Tanınmış vəkilin qızı yol qəzasında dünyasını dəyişib.
Hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, minik avtomobili vəkilin qızının idarə etdiyi motosikletlə toqquşub.
Nəticədə 17 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib.
Allah rəhmət eləsin! (E-huquq.az)









