Filippinin Mindanao adasının sakini 4 yaşlı uşağın üzündə yaranmağa başlayan şiş tədricən böyüyərək xortuma çevrilib.
7News.Az Day.Az-a istinadən bildirir ki, xortum Ceylord Oklaritin üzündə iki il öncə yaranmağa başlayarkən yerli həkim çarəsiz olduğu üçün valideynlərinə onu Filippinin paytaxtı Manilada həkimlərə aparmağı tövsiyə edir.
Ailə 2 il boyunca lazımi vəsaiti topladıqdan sonra paytaxta gələ bilir və həkimlər həmin xortumabənzər şişin bədxassəli olmadığını bildirirlər. Lakin mütəxəssislər şişin tədriclə böyüməsinin azyaşlı üçün təhlükəli ola biləcəyindən cərrahi müdaxiləni vacib sayıblar.
Hazırda uşağın ağciyərləri və ürəyinin zəif olması səbəbindən cərrahi əməliyyat keçirilmir.








