RU
Flora Kərimovanın 30 illik qadağası götürüldü - Video
16:00
398

Flora Kərimovanın 30 illik qadağası götürüldü - Video

AzTV-də Xalq artisti Flora Kərimovaya qoyulan qadağa aradan qaldırılıb.

7News.Az xəbər verir ki, tanınmış müğənni 30 illik qadağadan sonra ilk dəfə efirdə görünüb. 

Xalq artisti "Görüş yeri" verilişində qonaq olub və yaradıcılıq fəaliyyəti barədə danışıb. F.Kərimova yenidən doğma məkanda olduğu üçün həyəcanlı olduğunu və AzTV-nin onun yaradıcılığında önəmli yerin olduğunu deyib. 

Qeyd edək ki, Flora Kərimova "Lider” və "Xəzər” televiziyasında hələ də qadağadadır. Onun TV-lərə dəvət almamasına səbəb millət vəkili, Xalq artisti Zeynəb Xanlarovanı tənqid etməsi ilə əlaqədar olduğu deyilir. Bu tənqidlərə görə F.Kərimovaya efir qadağası qoyulub.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ