RU
Fransa Britaniyanı ukraynalı qaçqınlara qeyri-humanist davranmaqda ittiham edib
15:00
924

Fransa Britaniyanı ukraynalı qaçqınlara qeyri-humanist davranmaqda ittiham edib

Britaniyadakı qohumlarının yanına getməyə çalışan 150-dən çox ukraynalı Fransanın Kale departamentində gözləyir.

7NEWS.Az-ın Belga agentliyinə istinadla xəbərinə görə, Britaniya hökuməti onlara Paris və ya Brüsseldəki səfirliklərə müraciət edərək viza almağı tövsiyə edib.
Məsələyə münasibət bildirən Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, əksəriyyəti uşaq və qaın olan insanlara qarşı belə hərəkət qeyri-adekvat və humanizmdən uzaqdır. Müşaqişə başlayandan Britaniyadakı qohumlarının yanına getmək üçün Kaleyə 400-dək ukraynalı gəlib.

Qeyd edək ki, qaçqınlar məsələsinə görə, Fransa və Böyük Britaniya arasında gərginlik hökm sürür. Fransa hökuməti bir neçə gün əvvəl Britaniyanın ukraynalılara viza vermək üçün Kaledə müvəqqəti məntəqə açacağını bildirmişdi. Britaniya isə hələ məsələyə münasibət bildirməyib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ