RU
Fransada “Strep A” bakteriyasından 3 NƏFƏR ÖLDÜ
16:52
25

Fransada “Strep A” bakteriyasından 3 NƏFƏR ÖLDÜ


Fransada 2-si uşaq olmaqla 3 nəfər "Strep A” bakteriyasının törətdiyi infeksiyadan ölüb.

7NEWS.az xəbər verir ki, Fransa Səhiyyə Baş İdarəsi, tibb işçilərinə təcili mesaj göndərərək, uşaqlarda "Strep A” bakterial infeksiyası hallarının artdığını bildirdi. Son 15 gündə bu infeksiyaya görə xəstəxanaya yerləşdirilən 8 uşaqdan 2-si dünyasını dəyişib. Bundan əlavə, hər 3 yetkin yoluxma hadisəsindən 1-i ölüb.

DGS, hadisələrin bir-biri ilə əlaqəli olmadığını vurğulayaraq, bakteriyaların qədim alt növlərdən yarana biləcəyi ehtimalını vurğuladı. "Strep A” bakteriyasının insanların boğazında və dərisində məskunlaşdığı, tez-tez soyuqdəymə və boğaz ağrısına səbəb olduğu bilinir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ