7NEWS.az xəbər verir ki, Fransanın Lion şəhərinin Vaulx-en-Velin rayonunda 7 mərtəbəli binada yanğın baş verib. Səhər saatlarında baş verən yanğında 5-i uşaq olmaqla 10 nəfər həyatını itirib. Ölən uşaqların yaşlarının 3-15 arasında olduğu bildirilib. Yanğının səbəbinin hələ müəyyən edilmədiyi açıqlansa da, hadisə yerinə göndərilən ən azı 170 yanğınsöndürən tərəfindən yanğını nəzarətə götürdüyü qeyd edilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
7NEWS.az








