RU
Füzulidə ata qızını qətlə yetirdi
11:15
230

Füzulidə ata qızını qətlə yetirdi

Füzulidə ailə faciəsi baş verib.

Rayon Prokurorluğundan 7News.Az-a bildirilib ki, martın 6-da 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin atası, 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin R.Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Ağarəhim Niftəliyev tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ