RU
17:00
990

"Gecə-gündüz Allaha deyirəm ki, mən səndən kişi istəmirəm" - Əməkdar artist

Əməkdar artist Gövhər Rzayeva şəxsi həyatından danışıb.

 "ARB" televiziyasında yayımlanan "Xəbər-ətər" verlişinin qonağı olan Gövhər Rzayeva şəxsi həyatından danışıb. O, yenidən ailə həyatı qurmaq istəmədiyini
bildirib:

 

"Boşanandan sonra ikinci dəfə ailə qurmadım. Çünki uşaqlarım böyük idi. Oğlum var, mənə yaraşmaz. Nəvələrim var. İnsan bir dəfə ailə qurar. Birincidən bəxt gətirmədisə, gətirmədi. Növbəti dəfə ailə qurmağa meyilli olmadım. Çünki sənətim var, qazanıram. Ailəmi özüm idarə edirdim. Bir əlim onların üstündə olub. İndiyək də bu belədir. Gecə-gündüz Allaha deyirəm ki, mən səndən kişi istəmirəm. Sadəcə can sağlığı, ruzu ver, mənə övlad dağı çəkdirmə. Allahıma sonsuz təşəkkür edirəm. Həyatımdan razıyam".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ