FOX TV-də Zuhal Topalın aparıcılıq etdiyi evlilik verilişində daha bir qalmaqal yaşanıb.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, verilişdə bəy namizədlərindən biri olan Timuçin ilə gəlin namizədi Selin arasında seksual münasibət yaşandığı ortaya çıxıb.
Bu münasibətdən Selin hamilə qalıb, ancaq cütlük ayrılıb və gəlin namizədi yenidən verilişdə bəy axtarışına başlayıb.
Bir müddət ekranlardan uzaq olan Selin FOX TV-nin yerləşdiyi binaya gəlib, xarici görünüşü ilə hər kəsi şoka salıb.
Proqram səlahiyyətlilərinin yaydığı xəbər təsdiqini tapıb. mBəy namizədi Timuçin mövzu ilə bağlı açıqlama verib:
"Mən proqramda gəlin namizədləri axtarırdım. Selin mənə “facebook”dan mesaj göndərdi. Tanış olduq, görüşüb qəhvə içdik. Daha sonra Selin mənim üçün verilişə gəldi, qərarımız müsbət oldu. Ancaq verilişdən öncə bizim görüşdüyümüzü bilib oradan uzaqlaşdırdılar.
Onunla birgə Qaziantepə getdik, seksual münasibətdə olduq. Daha sonra Selinə pul təklif etdilər, o da proqrama yenidən qatıldı. Biz ayrıldıq, sonra öyrəndim ki, hamilədir. Övladıma sahib çıxmaq istədim, ancaq icazə vermədilər”.
7News.Az








