Türkiyəli gənc aktyor Emrah Altındağ evində ölü tapılıb.
7News.Az-ın məlumatına görə, bu barədə opera ifaçısı Onur Akay sosial şəbəkədə xəbər yayıb.
İfaçı Altındağın intihar etdiyini bildirib:
“Gənc aktyor Emrah Altındağ dünən evində ölü tapılıb. Polis şöbəsindən verilən məlumata görə, Emrah intihar edib. Bütün onu sevənlərə başsağlığı diləyirəm”.











