RU
“Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi (AYAL) 1 İyun münasibətilə uşaqlara bayram sevinci bəxş edib
17:39
151

“Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi (AYAL) 1 İyun münasibətilə uşaqlara bayram sevinci bəxş edib

"Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi (AYAL) 1 İyun – Uşaqların Beynəlxalq Günü münasibətilə uşaqlar üçün həyata keçirilən sosial təşəbbüsdə iştirak edib. Təşəbbüs çərçivəsində AYAL könüllüləri uşaqlarla birlikdə vaxt keçirib, onların bayram sevincinə şərik olub və müxtəlif hədiyyələrlə bu günü onlar üçün daha yaddaqalan ediblər. Təşəbbüsün əsas məqsədi uşaqlar üçün xoş və unudulmaz gün yaratmaqla yanaşı, gənclər arasında könüllülük və sosial məsuliyyət dəyərlərinin təşviqinə dəstək olmaq olub. AYAL üçün uşaqlara yönəlmiş sosial təşəbbüslər gənclərin cəmiyyətə töhfə verməsi, sosial məsuliyyət hissinin gücləndirilməsi və müxtəlif yaş qrupları arasında qarşılıqlı ünsiyyətin təşviqi baxımından mühüm istiqamətlərdən biridir. Təşkilat tədbirin həyata keçirilməsində göstərdiyi dəstək və əməkdaşlığa görə digər yerli və beynəlxalq tərəfdaş nümayəndələrinə xüsusi təşəkkürünü bildirib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ