Aktor.Az-ın məlumatına görə, təqdimat mərasimində rekonstruksiya və redizayn edilmiş veb saytın dizayn, texniki və proqram təminatında edilən yeniliklər, dəyişikliklər barədə məlumat verilib. Qeyd olunub ki, saytda istifadəçilərin lazımi məlumatın tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub. Saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib.
Fondun yenilənmiş veb saytında Gənclər Fondunun struktur bölmələri haqqında yenilənmiş məlumat bazası ilə yanaşı, məşğulluq proqramına qoşulmaq üçün onlayn müraciət qaydaları və vakansiyalar, gənclər təşkilatları və fəaliyyət istiqamətləri haqqında informasiyalar yer alıb. Təqdimat mərasimində gənclər təşkilatlarının nümayəndələri də iştirak edib və saytın yenilənmiş versiyası ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.
7News.Az
https://aktor.az/wp-content/uploads/2019/04/gencler_fondu_190419_01-768x511.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/04/gencler_fondu_190419_01.jpg 800w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />
https://aktor.az/wp-content/uploads/2019/04/gencler_fondu_190419_03-768x512.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/04/gencler_fondu_190419_03.jpg 920w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />








