RU
lombard
Gənclər təşkilatı iki regionda “Fərdi Sosial Xidmət Modeli “ həyata keçirir
14:47
113

Gənclər təşkilatı iki regionda “Fərdi Sosial Xidmət Modeli “ həyata keçirir

Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə dünyanın üz-üzə qaldığı bir məqamda ölkəmizdə qabaqlayıcı tədbirlərin alınması, dövlətin ailə modeli konsepsiyasında fəaliyyətinə dəstək olaraq Gənclər üçün Təhsil Mərkəzi İB Ağcabədi və Şirvan şəhərində fərdi sosial xidmət modeli həyata keçirir.  
Mərkəzin icraçı direktoru, layihə rəhbəri  Fəxrəddin Həsənzadə bildirib ki , hal hazırda iki regionda Unicef Azərbaycan və Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə çərçivəsində 2 hüquqşünas ,8 sosial işçi ,3 psixoloq, 3 pedaqoq , 2 uşaq inkişaf mütəxəssisi olmaqla 18 nəfər ilə birgə gücləndirilmiş səyyar iş qrafiki ilə çalışırıq. Fərdi müraciətlər əsasında görüşlər ünvanlarda həyata keçirilir.Bu da öz növbəsində xidmətin əlçatanlılığını artırır.
Qeyd edək ki ,görüşlərdə əhalinin sosial vəziyyəti, əlil uşaqların müalicəsi və təhsilə cəlb olunması , övladlığa verilmə, gənc ailələrə yardım, erkən nikahlar, qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, nikahın pozulması və təyin olunan alimentin ödənilməməsi, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi, digər müraciət üzrə xidmətlər həyata keçirilir.
Yaxın müddətdə mövcud fərdi sosial xidmət digər bölgələri əhatə edəcəkdir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ