RU
Gənclər təşkilatı Qarabağ müharibəsində əsir düşmüş 63 vətəndaşın ailəsi ilə görüşdü
02:59
1115

Gənclər təşkilatı Qarabağ müharibəsində əsir düşmüş 63 vətəndaşın ailəsi ilə görüşdü

Gəncədə Gənclər üçün Təhsil Mərkəzi-nin təşkilatçılığı Şəhər İcra Hakimiyyətinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Qarabağ müharibəsində itkin düşmüş insanların xatirəsinə həsr olunmuş "Ölməz Qəhrəmanlar” adlı anım tədbiri keçirilib. Tədbirdə Qarabağ müharibəsində Gəncə və Samuxdan itkin düşmüş 63 vətəndaşın ailə üzvləri iştirak ediblər.

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə tədbiri giriş sözü ilə açaraqbildirib ki, məqsədimiz Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərinə, yaxınlarına, əsasən də ana və bacılarına sosial-psixoloji dəstək göstərməkdir.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov,şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə Alt Nümayəndəliyinin itgin düşmüş şəxslər "Psixo-sosial dəstək” proqramı üzrə nümayəndəsi Vaqif Əliyev, Samux rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Əhmədov, Samux rayon Qarabağ veteranları Cəmiyyətinin sədr müavini Vasif Quliyev və itkin düşmüş vətəndaşların ailə üzvləri çıxış edərək, itgin düşmüş insanların ailə üzvlərinin hər zaman dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığını bildiriblər.

Tədbirdə 6 ay davam edən proqram çərçivəsində itgin düşmüş insanların ailə üzvləri arasında sıx əlaqə yaradıldığı, onlara sosial–psixoloji dəstək göstərildiyi bildirilib.

Sonda Samux rayon məktəblilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ