RU
“Gənclərə daha innovativ təhsilin verilməsi əsas strateji hədəflərdəndir”
12:42
1123

“Gənclərə daha innovativ təhsilin verilməsi əsas strateji hədəflərdəndir”

Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
 
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov qhtxeber.az-a məsələ ilə bağlı fikir bildirərək vurğulayıb ki, son  bir neçə ildə təhsil sahəsində aparılan islahatlar sözün hər mənasında bu sahədə ciddi inkişafa səbəb olub: "Cənab Prezident İlham Əliyev digər sahələr kimi ölkədə aparılan təhsil siyasətinə də xüsusi diqqətlə yanaşır. Təhsil hər bir ölkənin intellektual qida mənbəyidir. Bu mənada yerli təhsilin beynəlxalq aləmə inteqrasiyası, gənclərə daha innovativ təhsilin verilməsi əsas strateji hədəflərdəndir".
 
QHT sədri qeyd edib ki, son vaxtlar cəmiyyətdə təhsilin ən çox müzakirə olunan istiqamətlərindən biri də peşə təhsilidir: "Ümumiyyətlə dünya praktikasında peşə təhsilinin inkişafı prioritet hesab olunur. Bu mənada ki, Cənab Prezidentin bu sərəncamı təhsil sahəsində yeni bir səhifə açacaq". /qhtxeber.az
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ