RU
16:30
262

"Getdim cəriməmi ödədim, işdən çıxmamışam" - BNA -nı tənqid edən aparıcı

Aparıcı Zümrüd Bədəlova Bakı Nəqliyyat Agentliyini tənqid edib. Buna zəmin yaradan isə onun idarə etdiyi avtomobilin saxladığı yerdən aparılmasıdır.

Məlum məsələdən sonra aparıcının Xəzər televiziyasından işdən çıxarılması ilə bağlı mediada xəbərlər yayılıb. Zümrüd, yayılan xəbərlərin yalan olduğunu bildirib:

"300 manat cəriməm var idi. Yarısını ödəmişəm, qalanını da ödəyəcəm. İşdən çıxmamışam".

Xatırladaq ki, Zümrüd hadisədən sonra sosial media hesabında quruma qarğış dolu status yazıb. O daha sonra yazdığı statusu instagram hesabından silib./big

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ