RU
Geyimi filmdən daha çox müzakirə olundu
16:15
1300

Geyimi filmdən daha çox müzakirə olundu

ABŞ istehsalı olan "The Legend of Tarzan" (Tarzan əfsanəsi) filminin İngiltərədə təqdimatı olub.

Rejissor Devid Yetsin macəra və döyüş janrında çəkdiyi filmin təqdimatına kino ulduzları və məşhur simalar qatılıblar.

Gecədə müğənni Tallia Storm isə geyimi ilə diqqət mərkəzində qalmağı bacarıb.

Stormun açıq-saçıq paltarı filmdən daha çox müzakirə olunub.

Qalaya daxil olan sənətçi qonaqlar tərəfindən alqışlanıb, geyim seçimi dəb məsləhətçiləri tərəfindən bəyənilib.

Xatırladaq ki, filmdə Aleksandr Skarsqard, Rori C. Saper, Xristian Stevens, Kristof Valts, Samuel L.Cekson, Marqo Robbi, Sidney Ralitsoele, Ozi İkxayl, Mens-Sana Tamaklo, Entoni Açeamponq və başqaları çəkiliblər./qafqazinfo

7News.Az









BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ