RU
“Gizli sevgi yaşamağa məcbur olduq...” - Özcanın eks-sevgilisi
10:33
750

“Gizli sevgi yaşamağa məcbur olduq...” - Özcanın eks-sevgilisi

Özcan Denizin 21 yaş kiçik eks- sevgilisi Buse Narcı sükutu pozub.

7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Özcanın rejissorluq etdiyi "İkinci şans” filminin təqdimatına Narcının çağırılmayacağı iddia edilib.

Filmdə rol alan gənc aktrisa yayılan xəbərlər barədə sərt açıqlama yayıb: 

"5 ildir ki, gözəl münasibətimiz var idi. Gizli sevgi yaşamağa məcbur olduq, çünki nə vaxt haqqımızda xəbər çıxsa, ayrılmaq məcburiyyətində qalırdıq. Onun ətrafında əsl sevgini bilməyən, ancaq danışmağı bacaran insanlar çoxdur. Onlar münasibətimizə zərər vurdular. Son yayılan xəbərlərə pis oldum. Yaşanan gözəl illərə, sevgiyə hörmət qoyulmalı idi”.

Xatırladaq ki, Özcan Deniz filmdə Buse Narcının yer aldığı rolların çıxarılması və qalaya çağırılmaması barədə göstəriş vermiş, daha sonra açıqlamaya yayaraq yazılan xəbərləri təkzib etmişdi.




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ