7NEWS.az xəbər verir ki, 2022-ci ildə "Google” axtarış sistemində ən çox axtarılan sözlər müvafiq olaraq 'Wordle', 'Hindistan vs England', 'Ukraine', 'Queen Elizabeth' və 'Ind vs SA' olub.
Wordle 2022-ci ildə dünyada və ABŞ-da ən çox axtarılan söz kimi "Google”da birinci olub. Nəticələr texnologiya nəhəngi "Google”un illik Axtarış İli hesabatında açıqlanıb. 2021-ci ildə ABŞ-lı proqram mühəndisi Josh Wardle tərəfindən buraxılan söz oyununun sadəliyi kütlənin diqqətini çəkib.
Oyunda istifadəçilərə günün sözünü təxmin etmək üçün maksimum 6 cəhd verilir və oyunçuların "Google” axtarışları axtarış trendlərinə təsir edəcək səviyyəyə gəlib.
7NEWS.az








