Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişən həyat yoldaşı Zahiddən yazıb.
O, həyat yoldaşı ilə birlikdə çəkilən fotolardan hazırlanan videonu paylaşaraq bu sözləri yazıb:
Zahid, doğrudan heç vaxt gəlməyəcəksən? Sən mənə heç vaxt vəfasızlıq etməzsən axı. Əgər sən gəlməsən, özüm yanına gələcəm. Mənim necə vəfalı olduğumu görəcəksən. Canımın içi, çox yandırdın bizi. Zahid, heç olmasa, yuxularıma gəl, yalvarıram”.
7News.Az








