Müğənni Gülben Ergen jurnalist Erhan Çelikden boşandıqdan sonra keçmiş həyat yoldaşı ilə yaxınlaşıb.
7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi uşaqlarının atası Mustafa Ərdoğanı sosial şəbəkədə izləməyə başlayıb.
Müğənni bir-birinin ardınca onun bir neçə paylaşımını bəyənib.
Qeyd edək ki, G.Ergen M.Ərdoğanla 2004-2012-ci illərdə evli olub. Onun bu evlilikdən üç övladı var. O, 2014-cü ildə isə E.Çeliklə ailə həyatı qurub. Bu yaxınlarda isə cütlük boşandığını elan edib.








