

7News.Az xəbər verir ki, boşandıqdan sonra ABŞ-a köçən aktyorun planları baş tutmayıb və iflas edib. Məşhur ulduz hazırda yük maşını sürücüsü kimi həyatına davam edir.


"Yaprak dökümü” serialı ilə məşhurlaşan Tolqa ABŞ-a köçdü və iş qurdu. Amma işi uğursuz alındı və arvadının anasının evinə köçdü. Müflis olan aktyor yük maşını sürücüsü kimi işə başlayıb.


Onun aylıq maaşı 8 min dollardır. Qeyd edək ki, Tolqa oğlu Cahangirin anası Günay Musayeva ilə boşandıqdan sonra Sara Skott adlı qadınla evlənərək ABŞ-a köçmüşdü.

7News.Az








