Müğənni Günay İbrahimli yol hərəkət qaydalarını pozması ilə bağlı açıqlama verib.
Sənətçi bildirib ki, qayda pozduğunu boynuna alır:
"Mən artıq neçə ildir ki, sürücüyəm. Təcrübəm böyükdür, bu günə kimi heç bir qəza törətməmişəm. Bu səbəbdən "selfie" çəkən zaman çaş-baş qalmamışam. Ancaq göründüyü kimi videoda qayda pozduğumu boynuma alıram. Qanunda yazılan cəriməni ödəyəcəm, ümid edirəm ki, bir daha bu cür addım atmayacam".
Qeyd edək ki, G.İbrahimli maşın sürərkən selfi çəkdirdiyi yerdə lentə alınan videosunu İnstaqram-da paylaşıb. Həmin videoda ifaçının yol hərəkət qaydalarını ciddi şəkildə pozduğu məlum olub. //milli.az
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










