RU
Günel Hümbətova efirə qayıdır
12:26
2453

Günel Hümbətova efirə qayıdır

“Azərbaycan teleməkanında ilk dəfə belə bir şou yayımlanacaq”.

İstedadlı və cazibədar aparıcı Günel Hümbətova yenidən efirə qayıdır. 

Avto FM-107.7 FM dalğasında Cavid Osmanov ilə “1-ci növbə” adlı səhər verilişində aparıcılıq edən Hümbətova “Xəzər” telekanalında yayımlanacaq “Yeni həyat” adlı yeni layihə ilə tamaşaçıların görüşünə gələcək.

Saytımıza bu haqda açıqlama verən aparıcı bunları vurğulayıb:

“Azərbaycan teleməkanında ilk dəfə belə bir şou yayımlanacaq. Realiti şouda yalnız kök qadınlar iştirak edəcəklər. Onlar arıqlamaq uğrunda mübarizə aparacaqlar. İştirakçılar xasiyyətinə, davranışına görə bir-birindən çox fərqlidir. İnanıram ki, maraqlı veriliş alınacaq”.

Qeyd edək ki, proqramın ilk efir vaxtına bu gün saat 18.40-da “Xəzər” telekanalında start veriləcək. Veriliş həftənin çərşənbə, cümə axşamı, cümə və şənbə günləri yayımlanacaq./oxu.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ