RU
Gürcüstanın azərbaycanlı meri vəzifəsinin icrasına başlayıb
19:10
554

Gürcüstanın azərbaycanlı meri vəzifəsinin icrasına başlayıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunu meri Kənan Ömərov vəzifəsinin icrasına başlayıb.

Bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyası məlumat yayıb.

Bildirilib ki, oktyabrın 2-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə "Gürcü Arzusu”nu təmsil edən 44 namizədi mer seçilib və onlar oktyabrın 27-dən səlahiyyətlərini yerinə yetirməyə başlayıblar.

Qeyd edək ki, K.Ömərov seçkilərdə 68,12 % səslə mer seçilib. 2016-cı ildən o, Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri, bu ilin yanvarın 29-dan isə mer müavini vəzifəsində çalışıb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ