7NEWS.az xəbər verir ki, Meksikanın Miçoakan əyalətində keçirilən Senorita Sahuayo 2022 Gözəllik Müsabiqəsində ikinci yeri tutduqdan sonra çıxış etmək üçün səhnəyə çıxan 22 yaşlı iştirakçı Andrea Qranados Viktor əlinə mikrofonu alan kimi onu elektrik cərəyanı vurub. Bir müddət qışqıran və əlindəki mikrofonu buraxmağa çalışan Viktor nəhayət yerə yıxılaraq mikrofonu yerə atıb. Ətrafdakıların köməyi ilə gənc qadın bir neçə dəqiqədən sonra özünə gəlib. Çıxışını söyləmək üçün yenidən səhnəyə çıxan Andrea "Mənə rəsmi ittiham irəli sürülüb. Hamınıza təşəkkür edirəm. Allaha şükürlər olsun ki, yaxşıyam”, - deyə bildirib.
7NEWS.az








