RU
Hadisə Bakıda
10:10
612

Hadisə Bakıda "min oyun"dan çıxdı - FOTOLAR

Türkiyənin cazibədar ifaçısı Hadisənin dekabrın 31-də Bakı Olimpiya Stadionundakı konserti haqda məlumat vermişdik.

7News.az bildirir ki, müğənninin Bakıdakı konserti və həmin gecə üçün alacağı qonorar haqda yazılarsa hələ bir ay öncədən Türkiyənin maqazin mətbuatının əsas mövzusuna çevrilmişdi.

Hadisə konsertlərində geydiyi əlbisələrlə hər zaman gündəm yaratmağı bacarıb desək, yanılmarıq. Lakin onun Bakı konsertindəki açıq-saçıq qara rəngli şəffaf geyimi konsertə gedənlərin diqqətini çəkən əsas məqam oldu. Bu haqda nəinki yerli, hətta qardaş ölkə mətbuatı da Hadisənin "hadisəli" geyimindən yazdı. Müğənninin səhnə performansı isə bir daha onun ifasını kölgədə qoydu. Bir çox musiqiçilər müğənninin Bakı konsertində "xaric" ifasından yazdı.

Lakin nə olursa-olsun, Hadisə Bakıdan bir çamadan pulla getdi...

Müğənninin səhnə şousu Bakı tamaşaçısını valeh etməyi bacardı. Gipür parçadan, dərin yarıqlı geyimi ilə də olsa etdi!

7News.az   sözügedən konsert proqramından fərqli fotoları təqdim edir:
 

 












BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ