Bir müddətdir evliliklərində problemlər olduğu deyilən Türkiyənin məşhur müğənnisi Hadisə və iş adamı Mehmet Dinçerlər boşanır.
7News.Az Türkiyə mətbuatına istinadən məlumat verir ki, estrada müğənnisi 4 aylıq evliliyinə son qoymaq qərarına gəlib. Belə ki, o, Mehmet Dinçerlərlə boşanmaq üçün məhkəməyə müraciət edib.
Hadisənin meneceri Haluk Şentürk də boşanma xəbərini təsdiqləyib.










