Kibercinayətkarlar rəqəmsal aktivləri qorumaq üçün ən etibarlı vasitələrdən biri kimi tanınan "Coldcard" kriptovalyuta pulqabılarının proqram təminatında olan boşluğu hədəf alıblar. Ötən həftənin sonlarından etibarən başlanan kiberhücum nəticəsində hakerlər on milyonlarla dollar dəyəri olan "Bitcoin" ələ keçirə biliblər.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Sid-frazalarda (kriptovalyuta pulqabılarındakı bütün aktivlərinizin açarı) istifadə olunan təsadüfi rəqəmlər generatorundakı qüsur hakerlərə parolları müntəzəm şəkildə tapmağa və istifadəçi hesablarını tamamilə boşaltmağa şərait yaradıb. "Galaxy Research" şirkətinin hesabatına əsasən, birinci günə qədər dəyən zərər artıq 86 milyon dolları ötüb.
Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış "Failsafe" şirkətinin rəhbəri Aneirin Flinn qeyd edib:
"Bu göstərir ki, kriptovalyuta avtоnom rejimdə mövcud ola bilməz. Cihaz yalnız parollarınızın yaradılmasına cavabdehdir. Əgər riyazi əsas pozulubsa, o zaman parollarınız tərs mühəndislik metodu ilə bərpa oluna bilər".








