RU
Həmidə Ömərova:
14:20
505

Həmidə Ömərova: "Deyirdilər ki, açıq-saçıq səhnələrdə çəkilmişəm"

Xalq artisti Həmidə Ömərova "Klip+" verilişinin qonağı olub.

7News.az-ın məlumatına görə, aktrisa kliplərə çəkilməməsinin səbəbini açıqlayıb:

"Mənim kimi statuslu aktrisaların klipə çəkilməsi üçün maraqlı süjet olmalıdır. Klipin özünün audovizual estetikası olmalıdır. Aktyor da burada özünü yaxşı göstərmək istəyir. Hər aşiqin öz dövranı var".

H.Ömərova sənətdə qarşılaşdığı haqsızlıqlardan bəhs edib:

"Hər zaman susmaqla mübarizə aparmışam. Hər an uçurum qarşısındasan, güc tapmalısan ki, oradan yıxılmayasan. Səddi aşmalısan, amma həddini qorumalısan. Çox çətindir sənətlə ailəni bir tutmaq. Mütləq xırda qurbanlar verirsən. Uşağım balaca olanda onu çəkiliş meydançasına aparırdım. Övladım uşaqlığını istədiyi qədər yaşamayıb. Ona görə də gec böyüdü, uşaqlığından gec ayrıldı. Hər sənətkar bu problemlə rastlaşır".

Aktrisa "Bir vaxtlar şayiə yayılmışdı ki, Polad Bülbüloğlu ilə ailə qurmusunuz" sözlərinə belə münasibət bildirib:

"Bir dəfə demişdilər ki, hətta toy şəkli də var. And da içirdilər ki, göstərəcəyik. Deyirdim, gətirsinlər, baxım, maraqlıdır. Bəzən insanlar xəyallarını gerçəkləşdirmək istəyirlər. Ekranda aktyorları sevgili kimi görəndə, realda da belə olsun istəyirlər. Hətta deyirdilər, açıq-saçıq səhnələrdə çəkilmişəm. Nə edim, belə xəbərlərə reaksiyam qəribə oldu. İnsanların işləri-gücləri qurtarıb? Yəqin, paxıllıq hissi ilə bağlıdır".
 
H.Ömərova "Yenidən aparıcılıq etmək istəyərsiniz?" sualına: "Heç vaxt razılaşmaram. Hesab edirəm ki, hər şeyin öz vaxtı var. 22 il "Retro" aparmışam. 30 il aparıcı çalışmışam. Bu bəsdir", - cavabını verib.//axşam.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ